FIFA-da Futbolun inkişafı üzrə direktor vəzifəsində çalışan Arsen Venger ofsayd problemindən danışıb.
İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi yaxın gələcəkdə oyundankənar vəziyyətin avtomatik qeydə alınacağını bildirib.
72 yaşlı mütəxəssisin sözlərinə görə, 2022-ci ildə ofsaydın avtomatlaşdırılma ehtimalı yüksəkdir: "Bütün nüansları gizli saxlamalıyam. Amma bu, böyük hadisə olacaq".
Qeyd edək ki, yeni sistemin DÇ-2022-də təqbiq ediləcəyi gözlənilir. Dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.
.