"Dünən səhhətinə görə məhkəmə zalından sərbəst buraxılan konfliktoloq Arif Yunusun təzyiqi gecə yenidən yüksəlib. Hazırda o, həkimlər tərəfindən müayinə edilir".
Bunu anspress-ə açıqlamasında hazırda Arif Yunusun yanında olan psixoloq Azad İsazədə deyib. Onun sözlərinə görə, A. Yunus gecə özünü pis hiss etdiyi üçün həkimlər dəvət edilib. Hazırda da yanında tibb işçiləri var:
"Arif heç kimlə danışmaq istəmir. Jurnalistlərə müsahibə verməyəcəyini deyir. Birazdan onunla birgə müayinə edildiyi xəstəxanaya gedəcəyik. Çünki məhkəmə zalından azad edildiyi zaman onun bütün dərmanları xəstəxanada qalıb. Ondan sonra isə ona, ailə üzvləri ilə əlaqə saxlaya bilməsi üçün mobil telefon və nömrə almağa gedəcəyik".
.
