Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına verib. Bildirib ki, azərbaycanlılara "türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.
-Əgər beynəlxalq səviyyədə tanınmadan deyil, tarixən formalaşmış şərtlərdən danışsaq o zaman Azərbaycan hansı əsaslarla Dağlıq Qarabağı öz ərazisi hesab edir?
-1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra Rusiya Dağlıq Qarabağa İrandan 40 min erməni köçürdü. Ermənilər əvvəllər orada yox idi, azərbaycanlılar isə Dağlıq Qarabağın hər yerində yaşayırdı. Maraqlı ştrix: Qriboyedov həmin qərarın əleyhinə çıxırdı. O, yazırdı, xəbərdarlıq edirdi ki, bunu etmək olmaz. Azərbaycanlılar narazı idi və doğrudan da xəzinə torpaqlarının bölüşdürülməsi zamanı üstünlük ermənilərə verildi.
-Rusiyanın ermənilərə dəstəyini necə izah edirsiniz?
-Bu suala cavab vermək üçün ayrıca ilkin izahat lazımdır. Xatırladıram ki, Azərbaycan ərazisində tarixi Alban çarlığı yerləşib, orada alban kilsəsi olub. Ümumiyyətlə ermənilər Suriyadan Azərbaycana təkcə ticarətçilər kimi yox, dini xətt üzrə də köç ediblər, Kilsə nümayəndələri kimi.
Beləliklə, ermənilər Rusiyadan xahiş ediblər ki, Alban kilsəsinin Erməni kilsəsinə tabe olunmasına kömək etsin. Belə də edilib. Beləliklə, ermənilərin regionda rolu kəskin artıb. Bildiyiniz kimi Azərbaycanda islam yayılıb, ancaq Alban kilsəsi icmaları da anklav kimi fəaliyyət göstərib. Rusiyada isə azərbaycanlılara türk kimi baxırdılar, beləliklə, Peterburqda qərara aldılar ki, həmin torpaqlara erməniləri köçürməklə "xristian zolağı” yaratsınlar.
-Axı biz həmişə eşitmişik ki, azərbaycanlılar və türklər eyni xalqdır...
-Bu, səhvdir! Bəli, biz azərbaycanlılar türklərlə ümumi köklərə malikik, ancaq xalqlarımız tamam ayrıdır.
-Bəyəm inqilaba qədər azərbaycanlılar termini istifadə edilirdi?
-Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini "müsəlman” adlandırıdılar, Rusiyada isə həmin əhalini "tatarlar” hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti "türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı. Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı.