“AMEA-nın yeni Nizamnaməsinin bu ayın sonuna kimi yekunlaşması gözlənilir”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov deyib.

O bildirib ki, hazırda yeni Nizamnamənin hazırlanması istiqamətində işlər aparılır:

“Nizamnamə hazır olduqdan sonra AMEA-nın ümumi yığıncağında müzakirə olunacaq”.

Arif Həşimov Elm və Təhsil Nazirliyinin tabeliyinə keçən İnstitutların da təhvil-təslim prosesinin davam etdiyini qeyd edib.

“İşlər planlı və mərhələli şəkildə həyata keçirilir”- deyə o bildirib.

Qeyd edək ki, bu ilin iyulun 28-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb. Fərmanla Elm və Təhsil Nazirliyi yaradılıb, AMEA-nın bir sıra İnstitutları və elmi müəssisə və təşkilatları bu Nazirliyin tabeliyinə verilib. O cümlədən 3 muzey Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

.