“ADEX” sərgisinin məqsədi ölkəmizi dünyaya nümayiş etdirməkdir.

Bunu Bakıda keçirilən "ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.

O qeyd edib ki, sərgidə ölkələr ən müasir silah növləri ilə təmsil olunacaq: "Biz də özümüzün ən yeni müasir silahlarımızı bu sərgidə nümayiş etdirəcəyik. Bildirmək istəyirəm ki, Azərbaycan 1000 addan artıq silah-sursat növü istehsal edir. Biz sərgidə bunları nümayiş etdirəcəyik. Sərgidə Azərbaycan istehsalı olan ən müasir pilotsuz uçuş aparatları sərgi iştirakçılarına nümayiş etdiriləcək".

Arif Babayev: "Azərbaycan qələbədən sonra ilk dəfə "ADEX "sərgisində silahlarını nümayiş etdirəcək"

""ADEX" sərgisi dünyada böyük ək-səda yaradıb. Müasir silah və texnika sərgisi olan "ADEX"in bundan qabaq keçirilən sərgilərdən fərqi ondadır ki, bura daha çox ölkədən şirkət və nümayəndə heyətə qatılacaq".

Bunu Bakıda keçirilən "ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.

O bildirib ki, bu il keçiriləcək sərgiyə 32 ölkədən 208 aparıcı şirkət iştirak edəcək: "Sərgi 3 pavilyon və açıq sahədə nümayiş etdiriləcək. Bolqarıstan, Ukrayna, Çin və bir çox ölkənin aparıcı şirkətləri burada olacaq. İlk dəfə İordaniyadan şirkət sərgidə iştirak edəcək. 10-a yaxın şirkət isə milli stendi ilə sərgidə olacaq".

Arif Babayev onu da qeyd edib ki, sərgi Vətən müharibəsindən sonra ilk dəfə keçirilir: "Azərbaycan qazandığı qələbədən sonra ilk dəfə sərgidə müasir silahlarını nümayiş etdirəcək. Sərgidə müxtəlif təqdimatlarla pilotsuz uçuş aparatları, təyyarələr, gəmilər və s. nümayiş olunacaq".

.