Prestij-Kimya MMC-yə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidenti statusu verilib.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirib.

"Yeni rezident dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 4,8 mln.manat olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək",- deyə nazir əlavə edib.

.