Avropa İttifaqı ilə yeni tərəfdaşlıq proqramı maksimum 3 ay ərzində imzalanacaq.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Deutsche Welle”yə müsahibəsində deyib.

Ararat Mirzoyanın sözlərinə görə, Avropa İttifaqı ilə vizasız rejimin tətbiqi 1 ildən 2 ilə qədər vaxt ala bilər, Aİ ilə yeni tərəfdaşlıq proqramı isə maksimum 3 ay ərzində imzalanacaq.

Diplomat Aİ istiqamətində atılan addımlara baxmayaraq Rusiyanın hələ də ölkəsinin əsas tərəfdaşı olduqlarını etiraf edib: “Ermənistan Avropa İttifaqına üzv olmaq üçün müraciəti gələn ay da edə bilər, gələn il də, amma Rusiya bizim əsas tərəfdaşlarımızdan biridir”.

.