Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Göygöl rayonu Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırma aparır.
Bu barədə Agentlikdən məlumat verilib.
Qeyd olunub ki, Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.
Şagirdlərə ilkin tibbi yardım göstərilib, "dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit" diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı AQTA tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.
.
