Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay mart ayının əvvəlində Azərbaycana gələcək.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Kayrat Sarıbayın 2 mart tarixində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirakı gözlənilir.
.
