Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 1 planlı və 1 plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb.
Bu barədə AEM-dən məlumat verilib. Yoxlamalar zamanı 4 aptekdə nöqsan aşkarlanıb, 9 adda dərman vasitəsi (38 qutu) müsadirə edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddəsi üzrə protokollar tərtib edilib.
.