Bu görüş Dağlıq Qarabağ münaqişəsində dalana dirənmiş danışıqların yenidən başlaması istiqamətində mühüm addım ola bilər.
Üçtərəfli formatda görüşün keçirilməsini rəsmi Bakı təklif edib. İndiyə qədər bu təklif iki dəfə irəli sürülsə də, İrəvan razılaşmırdı. Görünür, üçüncü dəfə görüşün baş tutacaq.
Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan da belə görüşə ehtiyac olduğunu qeyd edib.
"Lakin görüşlə bağlı qəti qərar olanda bu haqda məlumat verəcəyik”, - deyə Nalbayndyan öz ölkəsinin jurnalistlərinə açıqlamasında bildirib.
Bu, Ermənistanın danışıqlar masasına gətirilməsi deməkdir.
Sonuncu dəfə ötən ilin 20 iyununda Sankt-Peterburqda görüşən prezidentlər indiyə qədər bir araya gəlməyib. Aprel müharibəsində məğlubiyyətə uğrayan İrəvan döyüşün dayandırılması üçün danışıqlar masasına gəldi, münaqişənin həlli ilə bağlı müəyyən addımlar atıldı. Lakin daha sonra baş verən bir sıra siyasi hadisələr prosesləri dayandırdı. Ermənistan da yaranmış situasiyadan istifadə edərək, danışıqlardan yayındı.
