"Apple” şirkəti koronavirus xəstələri ilə işləyən tibb işçiləri üçün qoruyucu maskalar istehsal edəcək.

Bu barədə şirkətin baş direktoru Tim Kuk deyib.

Şirkət həftədə 1 milyon maska istehsal etməyi planlaşdırır.

T.Kuk "Apple”ın tibb işçiləri ilə sıx əməkdaşlıq etdiyini və digər ölkələrə də ixracın təşkil olunması üçün çalışdıqlarını deyib.
.