Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

“Report” xəbər verir ki, turun sonuncu matçında çempion “Qarabağ” “Turan Tovuz”u qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində 2-ci dəqiqədə Redon Cica, 47-ci dəqiqədə Leandro Andrade, 72-ci dəqiqədə isə Musa Qurbanlı fərqləniblər. Tovuz təmsilçisinin yeganə qoluna 61-ci dəqiqədə Runi Eva imza atıb.

Ağdam təmsilçisi mövsümü 90 xalla başa vurub. Tovuz klubu isə 39 xalla 6-cı yeri tutub.

Qarşılaşmadan sonra Premyer Liqanın medalçıları üçün mükafatlandırma mərasimi təşkil ediləcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Sumqayıt”ı üç cavabsız qolla üstələyib. “Qəbələ” “Kəpəz”lə heç-heç edib - 1:1. “Səbail” “Şamaxı”nı, “Neftçi” “Sabah”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

N

Komanda

O

Q

H

M

T-F

X

1

Qarabağ

36

28

6

2

91-25

90

2

Sabah

36

25

6

5

75-24

81

3

Neftçi

36

20

8

8

63-38

68

4

Qəbələ

36

13

11

12

47-47

50

5

Zirə

36

13

11

12

45-46

50

6

Turan Tovuz

36

10

9

17

36-49

39

7

Sumqayıt

36

8

7

21

26-70

31

8

Kəpəz

36

6

13

17

34-62

31

9

Səbail

36

7

8

21

32-62

29

10

Şamaxı

36

4

13

19

26-52

25

Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) - 22 qol, Musa Qurbanlı (“Qarabağ”) - 21 qol, Coy Lens Mikels (“Sabah”), Emin Mahmudov (“Neftçi”) – hər ikisi 17 qol.

.