Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə sadiq qalır.

Bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta "X" hesabında yazıb.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in tarixi paraflanması həm hər iki ölkə, həm də region üçün davamlı sülhə doğru əhəmiyyətli addımdır", - o qeyd edib.

Siyasətçi qeyd edib ki, bu həftənin əvvəlində Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqları aparıb.
Koşta həmçinin vurğulayıb ki, Aİ imzalanmış sazişlərin həyata keçirilməsinə dəstək göstərilməsinə və regional bağlantıların gücləndirilməsinə sadiq qalır.
Onun sözlərinə görə, Aİ "icmalara münaqişə illərini geridə qoymağa, davamlı sülhə, sabitliyə və rifaha doğru irəliləməyə kömək etməyə" hazırdır.

.