Antonio Konte “Tottenhem”in tarixinə düşüb.

İtaliyalı mütəxəssis London klubunun sükanı arxasındakı ilk yeddi Premyer Liqa matçında məğlubiyyətlə üzləşməyib.

Bu, paytaxt təmsilçisi üçün rekord göstəricidir. Kontenin rekordu “Sauthempton”la matçda rəsmiləşib.

1:1 hesablı nəticə onun bu postda 7-ci çempionat matçı olub. Onun yetirmələri 4 qələbə qazanıb və 3 heç-heçə edib.

.