Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.

Bu barədə “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir.

Hərbi attaşelər antiterror tədbirlərindən sonra Şuşadan Xankəndi istiqamətində Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə baxış keçirəcəklər.

Onları Müdafiə Nazirliyinin rəsmiləri müşayiət edir.

.