
“Qlobal Gateway” proqramında iştirak Azərbaycan və Ermənistanı bir-birinə yaxınlaşdıra bilər”.
Yenizaman xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annelena Berbok jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Avropa İttifaqı, o cümlədən Almaniya İrəvan və Bakını dəstəkləməyə hazırdır: “Almaniya və Avropa İttifaqı Cənubi Qafqazdakı sabitlik üçün birgə işləmək istəyir”.
Nazirin sözlərinə görə, indi hər iki tərəf qarşılıqlı etimad yolunu tutmalıdır.
.