Macarıstan Almaniyanın xarici işlər naziri Annalena Berbokun iyulun 8-də bu ölkəyə nəzərdə tutulan səfərini ləğv edib.
Yenizaman-ın “Bloomberg“ə istinadən xəbərinə görə, buna səbəbin Almaniya kansleri Olaf Şoltsun macar həmkarı Viktor Orbanın Moskvaya səfərini kəskin tənqid etməsi olub.
Qeyd edək ki, bir qədər əvvəl Olaf Şolts V.Orbanı qanunsuz olaraq Avropa İttifaqı Şurasının rəhbəri kimi davranmaqda ittiham edib.
Onun sözlərinə görə, Macarıstan hökumətinin başçısı Moskvada Prezident Vladimir Putinlə görüşməklə, Avropa dəyərlərinə zidd addım atıb.
.