Ankarada yerli vaxtla saat 15.00-a olan məlumata görə, qeydiyyatda olan seçicilərin 54%-i səsvermə hüququndan istifadə edib.

Bu barədə Səfirlikdən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Türkiyədəki səfirliyinin inzibati binasında yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 46 və 47 saylı seçki məntəqələrində keçirilən səsvermədə Ankarada və ətraf vilayətlərdə yaşayan Azərbaycan vətəndaşları aktiv iştirak edirlər.

Türkiyədə səsvermə yerli vaxtla saat 19:00-a qədər davam edəcək.

.