Ankara Valiliyinin yaydığı ikinci açıqlamada bildirilib ki, bu gün Ankarada baş vermiş partlayış nəticəsində hadisə yerində 32 nəfər ölüb.



Ankara Valiliyi Bakı saati ilə 20.45-də baş verən partlayış nəticəsində 27 nəfərin öldüyünü, 75 nəfərin isə yaralandığını açıqlayıb.

***21.40
Ankaranın Qızıl Ay rayonunda Bakı saati ilə 20.45-də baş verən partlayış nəticəsində ölənlərin olduğu bildirilir.
Yenizaman.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, partlayış "Güven Parkı" adlanan ərazidəki avtobus dayanacağında qeydə alınıb.
İlkin məlumata görə, partlayıcı maddə ilə doldurulmuş avtomobil partladılıb. Yaralılar paytaxtdaki 10 müxtəlif xəstəxanaya çatdırılır.
Türkiyə hökuməti Ankaradakı partlayışla bağlı xəbərlərin yayımlanmasına müvəqqəti qadağa qoyub.

Son məlumata görə Ankara valiliyi Qızılay meydanında törədilmiş terror aktı nəticəsində ən azı 27 nəfərin həlak olduğunu təsdiqləyib.

Yaralıların sayı 75-dən çoxdur. Ölənlərin sayının artacağı təxmin edilir. Çoxlu sayda ağır yaralı var.


.