Rəsmi Ankara Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasına müsbət yanaşır.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Onun sözlərinə görə, Azərbaycan da hər baxımdan həmin əməkdaşlıq formatını dəstəkləyir: "Türkiyə qonşu ölkələr arasında münasibətlərin hərtərəfli inkişafında maraqlıdır".

Səfir əlavə edib ki, əməkdaşlığın bu formatı Balkan və Cənubi Qafqaz regionlarında uğurla tətbiq edilir.
.