Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza bu həftə baş tutacaq səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.
Almaniya KİV-i xəbər verir ki, bu barədə Almaniya federal hökumətinin nümayəndəsi Şteffan Zayber keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Almaniya Avropa İttifaqından olan tərəfdaşları ilə birlikdə danışıqlar prosesini və ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir, eləcə də tərəfləri münaqişənin sülh yolu ilə həll olunmasına çağırır.
Xatırladaq ki, Angela Merkel avqustun 23-25-də Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.
.
