Tanınmış Hollivud aktrisası, UNİCEF-in xoşməramlı səfiri Ancelina Coli Ukraynaya səfərə gedib.

Bu barədə Ukrayna Ali Radasının “Facebook” hesabında bildirilib.

Paylaşıma aktrisanın Lvovdakı kafelərdən birində çəkilmiş videosu əlavə olunub.

“Ancelina Coli Lvovda kafedədir. Bu, bütün dünyanın, o cümlədən tanınmış ulduzların bizimlə birlikdə olduğunun daha bir sübutudur”, - paylaşımda qeyd olunub.

 

 

.