Hollivud aktrisası Ancelina Coli keçmiş əri aktyor Bred Pittdən boşanması sayəsində 100 milyon dollar (170 milyon manat) qazanıb.
Qeyd olunur ki, aktrisa ərindən boşandıqdan sonra kapitalını artırıb. 100 milyon dollarlıq məbləğə aliment, uşaqlar üçün hədiyyələr və Colinin “Chateau Miraval French” şərab zavodunda payının satışından əldə edilən gəlir daxildir. Keçmiş həyat yoldaşları üzüm bağını 2008-ci ildə 60 milyon dollara alıb və sərmayələr sayəsində dəyərini üç dəfə artırıblar.
Bununla belə, yeni məhkəmə sənədlərində Colinin vəkilləri Pittin keçmiş həyat yoldaşını maliyyə cəhətdən tükəndirməyə çalışdığını bildiriblər.
Xatırladaq ki, aktrisa 2016-cı ildə ərindən boşanmaq üçün məhkəməyə müraciət edib və 2019-cu ildə proses rəsmən başa çatıb. Hazırda keçmiş həyat yoldaşları əmlaklarını bölürlər.
.