Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakının Baş Planına dair təqdimat da keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

“Bakının Baş Planı artıq bir neçə ildir təsdiqlənib və icra olunur. Forum iştirakçılarına paytaxtla yanaşı, ölkənin digər şəhərlərinin inkişaf istiqamətləri və baş planları barədə də məlumat veriləcək”, – deyə Anar Quliyev qeyd edib.

.