Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təşkilatın qurultayına hazırlıq məsələlərindən danışıb.
AYB sədri bildirib ki, qurultaya hazırlıq prosesi yekunlaşıb.
“Hazırlıqlar yekunlaşıb. Gələn həftə Şabranda yerləşən Yaradıcılıq Evinə gedib oradakı vəziyyətlə tanış olacağam. Əgər uyğun şərait varsa, qurultay orada keçiriləcək”, - Anar vurğulayıb.
Xalq yazıçısı qurultayın tarixinə də toxunub.
“Qurultayı isə sentyabrın ikinci yarısında keçirməyi nəzərdə tutmuşuq”, – Anar qeyd edib.
.