Minatəmizləmə işlərində qısa bir müddətə yerli istehsal olan texnikalardan istifadə olunub.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, iki cür minatəmizləmə maşınları minaaxtarma işlərinə cəlb olunub.

"Hazırda ərazidə bu maşınlar çalışır. Qeyd edim ki, artıq bir yerli minatəmizləmə texnikası Ukraynada minatəmizləmə işlərinə cəlb edilib", - o deyib.

.