Amerika senatorları Rusiya əleyhinə sanksiyaları hazırlamaq və qəbul etməkdən imtina ediblər.
"Politico” nəşri xəbər verir ki, bu haqda Konqresin beynəlxalq məsələlər üzrə komitəsinin başçısı Bob Korker deyib.
Korker və onun həmkarları Senatın kəşfiyyat üzrə komitəsinin apardığı araşdırmanın nəticələrini gözləmək niyyətindədir. Komitə ABŞ-da keçirilən son prezident seçkilərinə Moskvanın ehtimal edilən müdaxiləsini araşdırır.
