ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda ermənilərin təşkil etdiyi "sülh və ədalət üçün dua” mərasiminə qatılıb.
APA-nın məlumatına görə, bu barədə o, özünün Twitter səhifəsində yazıb. "Kilsədə ermənilərin "sülh və ədalət üçün dua” mərasiminə qatılmaqdan şərəf duyuram”,- deyə C. Uorlik yazıb.
O qeyd edib ki, mərasimə vitse-prezident Cozef Bayden, ABŞ-ın BMT-dəki səfiri Samanta Pouer və Ermənistan prezidenti Serj Sərkisyan da qatılıb.
