
Braziliyada keçirilən Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.
Turnirin ¼ final mərhələsinə aşağıdakı komandalar vəsiqə qazanıb:
Braziliya - Paraqvay (28 iyun)
Venesuela - Argentina (28 iyun)
Kolumbiya - Çili (29 iyun)
Uruqvay - Peru (29 iyun)
Turnirin yarımfinal mərhələsində birinci cütün qalibi ikincinin, üçüncü cütün qalibi isə dördüncünün qalibi ilə qarşılaşacaq.
Amerika Kubokunun final matçı iyunun 7-də Rio-de-Janeyronun "Marakana" stadionunda keçiriləcək.
Kubokun hazırkı qalibi 2016-cı ildə finalda Argentinanı məğlub edən Çili yığmasıdır.
.