Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov işdən çıxıb.

Bu barədə AMEA-dan bildirilib.

Qeyd edilib ki, Seyfəl Həsənov səhhətindəki problemlərlə bağlı işdən ayrılmaq üçün müraciət edib.

“Onun müraciəti qəbul olunub”, - bildirilib.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Seyfəl Həsənovu aparat rəhbəri vəzifəsinə AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev təyin edib.

.