Azərbaycan dilinin daxili imkanlar hesabına zənginləşdirilməsi istiqamətində addımlar atılmalıdır.

Bunu AMEA-nın prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfransda deyib.

Onun sözlərinə görə, daxili imkanlardan biri də söz yaradıcılığıdır:

"Söz yaradıcılığı nə qədər inkişaf edərsə, dil də o qədər zənginləşər. Yazarlar və dilçilərin bu istiqamətdə iş görməsi yaxşı olardı".

.