Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsi hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb.
Fərmanın müvafiq hissələri nəzərə alınmaqla, AMEA Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Qeyd edək ki, fərmanla Elm və Təhsil Nazirliyi yaradılıb, AMEA-nın bir sıra institutları və elmi müəssisə və təşkilatları bu nazirliyin tabeliyinə verilib. O cümlədən 3 muzey Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
.