
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il valyuta satışlarını azaldıb və 140 mln. ABŞ dollarına qənaət edib.
Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Neft Fondu özünün valyuta satışları qrafikindən geri qalır: "Valyuta bazarında profisit var və tam tarazlıq hökm sürür".
Xatırladaq ki, cari ilin I rübündə ARDNF valyuta hərraclarında 1,480 mlrd. dollar məbləğində vəsait satıb, bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 46,6% azdır.
Elman Rüstəmov: "Bu il Azərbaycanda inflyasiya hədəf diapazonunda qalacaq"
Azərbaycanda inflyasiyanın səviyyəsi 2021-ci ildə hədəf diapazonunda qalacaq.
Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bir qədər dəyişən proqnoz horizontunun dəyişməsinə baxmayaraq, marta illik inflyasiya 4,1% təşkil edib və inflyasiyanı hədəf diapazonundan kənarlaşdıra biləcək amillər müşahidə edilmir.
Xatırladaq ki, hədəf diapazonu 4% civarındadır.