Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı - "Mobile Payment Solutions" MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb şirkətin "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanununun 9.2-ci və 9.3-cü maddələri ilə müəyyən edilmiş tələblərini pozmasıdır. Odur ki, "Mobile Payment Solutions"un vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.1.1-ci maddəsinə müvafiq olaraq 2 min manat cərimə olunub.
.
