Son illər ərzində Azərbaycan Mərkəzi Bankı, ekosistem iştirakçıları və maliyyə insititutları tərəfindən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində aparılan silsilə tədbirlərin nəticəsi olaraq nağdsız ödənişlərin göstəriciləri dinamik olaraq artmaqdadır.

Bunu "Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.

O bildirib ki, 1 iyun 2022-ci il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 12,9 milyon ədədə çatıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 20% çoxdur. Ölkədaxili nağdsız ödənişlərin həcmi isə 2,2 dəfə artaraq 8 milyard manata çatıb.

"Nağdsız dövriyyənin çəkisi kassa ödənişlərində 12,4% bəndi artıb. Elektron ticarətin həcmi isə 2,7 dəfə artaraq 6 milyard manata bərabər olub" - deyə baş direktor əlavə edib.

.