Dünyanın ən böyük texnologiya şirkətləri olan Amazon, Microsoft, Alphabet və Meta süni intellekt sahəsində rəqabəti gücləndirmək üçün milyardlarla dollar sərmayə yatırmağa davam edir.
CNBC-nin məlumatına görə, şirkətlər yaxın illərdə əsas diqqəti məlumat mərkəzlərinin genişləndirilməsinə, yeni nəsil çiplərin alınmasına və AI infrastrukturunun inkişafına yönəldəcək.
Analitiklər bildirirlər ki, bu şirkətlərin rekord həcmdə investisiyaları süni intellekt bazarının inkişafını sürətləndirsə də, eyni zamanda investorlar arasında narahatlıq yaradıb. Səbəb isə bu xərclərin nə vaxt gəlirə çevriləcəyinin hələ dəqiq məlum olmamasıdır.
Mütəxəssislərin fikrincə, süni intellektə artan tələbat yaxın illərdə yarımkeçirici istehsalçıları və məlumat mərkəzi operatorları üçün əsas inkişaf amillərindən biri olacaq. Bununla yanaşı, AI infrastrukturu uğrunda rəqabətin daha da güclənəcəyi gözlənilir.
.
