“Türkiyə Ermənistan da daxil olmaqla heç bir ölkəyə qarşı kin və düşmənçilik bəsləmir”.

“Anadolu” agentliyi verdiyi xəbərə görə, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun “Şəhid diplomatlar sərgisi”ndə çıxışı zamanı deyib.

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə Cənubi Qafqazda sülh və sabitlik üçün böyük bir addımın atıldığını vurğulamaq istəyirik. Ermənistan xalqının diaspordan xilas edilməsi sülh üçün ilkin şərtdir”, - deyə F. Altun vurğulayıb.

.