Almaniyada kinoteatra silahlı hücum olub.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Viernheim qəsəbəsindəki kinoteatrlardan birində qeydə alınıb. Silahlı hücum nəticəsində 50 nəfər yaralanıb. 

Frankfurt yaxınlığındakı qəsəbədə yerləşən AVM-in içində olan kinosalona silahlı basqın edən şəxs yaxalanıb. Onun üzərində tapança və partlayıcı yüklü kəmər olub.

Hadisə yerinə çox sayda polis qüvvələri cəlb edilib.

.