Almaniyada "G7"nin iyunun 7-8-də ABŞ, Britaniya, Yaponiya, Almaniya, İtaliya, Kanada və Fransa liderlərinin iştirakı ilə keçiriləсək sammitinə etiraz olaraq 34 min insan küçələrə çıxıb.
Münhen şəhərində keçirilən yürüşdə əsasən «İqlimi xilas edin!», «Yoxsulluqla savaşın!» şüarları səsləndirilib.
Etirazçılar hesab edirlər ki, dünyada gəlirlərin bölüşdürülməsi siyasətində ədalətsizlik var və kasıb ölkələrə lazımi yardım göstərilmir. Aksiyaçıların tələblərindən biri də Aralıq dənizində qaçqın ölümlərinin qarşısının alınması olub.
Avropa Birliyi ilə ABŞ arasında imzalanacaq Sərbəst Ticarət və Sərmayə Ortaqlığı (TTIP) sazişinə də qarşı çıxan aksiyaçılar «böyük yeddiliyi»i tənqid ediblər.
Aksiyada yaşanan maraqlı məqamlardan biri də polisin susayan aksiyaçılara su paylaması olub.

.