Almaniya Federal Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Michael Siebert 31 mart tarixində Dağlıq Qarabağda keçirilən "seçkilər”lə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Almaniya Dağlıq Qarabağda keçirilən "prezident və parlament seçkiləri"nin nəticələrini tanımır.
"Dünən Dağlıq Qarabağda keçirilən "prezident və parlament seçkiləri”ni tanımırıq. Həm "seçkilər”, həm də onların nəticələri qanunsuzdur”, - deyə bəyanatda qeyd olunub.
Səfirlik: Britaniya Dağlıq Qarabağda keçirilən "seçkiləri” tanımır
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 31 mart tarixində Dağlıq Qarabağda keçirilən "seçkilər”lə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Böyük Britaniya mart ayının 31-də Dağlıq Qarabağda baş tutan "seçkiləri” tanımır.
"Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bildirir və bu prosesdə Azərbaycan və Ermənistanı etimadın yaradılması və danışıqlar yolu ilə həll olunması üçün səylərini sürətləndirməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.
.
