Almaniyanın xarici işlər naziri Annalena Berbokun həyat yoldaşı Daniel Holeflyayş həyat yoldaşının siyasi karyerası naminə işlədiyi “Deutsche Post” konsernini tərk edib.

48 yaşlı Holeflyayş hazırda evdə uşaqların tərbiyəsi ilə məşğul olur.

Qeyd edək ki, bundan öncə 41 yaşlı Berbok hökumətin üzvü olacağı təqdirdə ərinin artıq işləməyə davam edə bilməyəcəyini deyib.

Cütlük 2007-ci ildə ailə qurub. Onların 6 və 11 yaşlarında iki qız övladı var.

.