Almaniya Ukraynaya 100 milyon avro məbləğində əlavə yardım edəcək.
Yenizaman "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Moldovaya səfəri zamanı deyib.
Onun sözlərinə görə, vəsait bu ilin qışında ayrılacaq.
Ukrayna Almaniyadan müxtəlif silah və texnikalar, xüsusilə “Gepard” özüyeriyən zenit qurğusu, IRIS-T zenit-raket kompleksi, MARS II reaktiv yaylım atəş sistemi və s. daxil olmaqla hərbi yardım alır.
.