Ermənistan və Azərbaycan dərhal hərbi əməliyyatları dayandırmalı, böhran danışıqlar vasitəsilə və sülh yolu ilə həll olunmalıdır.

Bu barədə Almaniya Xarici İşlər naziri Hayko Maasın bəyanatında deyilir.

“Münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatları dayandırmağa çağırıram. Xüsusilə də kəndlərin və şəhərlərin atəşə tutulması dayandırılmalıdır”, - H.Maas deyib.

Onun sözlərinə görə, bu münaqişə yalnız ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilə bilər: “Ermənistan və Azərbaycan dərhal güc metodlarından qarşılıqlı danışıqların xeyrinə imtina etməlidir”.

.