Almaniya hökuməti Ukraynaya əlavə 400 milyon avro hərbi yardım ayırmaq niyyətindədir.

Bunu RND nəşrinə müsahibəsində Almaniya Ordusnun Baş Qərarhah rəisi, general-mayor Kristian Froydinq deyib.

O bildirib ki, artıq Bundestaq layihəni təsdiqləyib.

K.Froydinqin sözlərinə görə, bununla da Ukraynada 2024-cü il ərzində ümumi həcmi 1,4 milyard dollar təşkil edən 50 layihənin maliyyələşdirilməsinə dəstək təmin olunacaq.

 

Almaniya ordusunun rəsmisi Ukrayna ordusunun silah-sursatla təchizatında əhəmiyyətli irəliləyişin əldə olunduğunu da açıqlayıb.

.