10.04.2018 tarixindən „VisaMetric" şirkəti Almaniya Səfirliyinin tapşırığı ilə səfər məqsədi Almaniya olan şengen vizaları üçün sənəd qəbulunu həyata keçirəcəkdir. 

Viza sənədlərinin qəbulu mərkəzi

Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 ünvanında, Qış Parkı binasında yerləşir və həftənin 1-5-ci
günləri 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan 16:00-dək açıqdır.

 Qəbul saatlarının artırılması və görüş vaxtı təyin etmək üçün gözləmə vaxtlarının qısaldılması nəticəsində Almaniya Səfirliyində şengen vizasına müraciət prosesi asanlaşdırılır. Ərizəçilər həmçinin yeni viza qəbulu mərkəzinin digər xidmətlərindən – biometrik şəkillərin çəkilişi və pasportların kuryer vasitəsilə göndərilməsi –yararlanmaq imkanı əldə edəcəklər.

Şengen vizasına müraciət edən ərizəçilər ilk həftələrdə görüş vaxtı təyin etməli olacaqlar. Görüş
vaxtını telefonla və ya „VisaMetric" şirkətinin internet səhifəsindən təyin etmək mümkündür. May
ayının ortasından müraciət üçün görüş vaxtı təyin etməyə ehtiyac qalmayacaq.
Şengen vizaya müraciətə edilən dəyişiklik milli vizaya – ailə birləşməsi, təhsil və s. - şamil olunmur.
Suallarınız olduğu təqdirdə həftənin 1-5-ci günləri saat 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan
17:00-dək „VisaMetric" şirkətinin telefon mərkəzinə (012) 599 88 12 zəng edə bilərsiniz.

Ələvə məlumatı „VisaMetric"-in internet səhifəsindən
https://www.visametric.com/Azerbaijan/Germany/az eləcə də Almaniya Səfirliyinin internet
səhifəsindən www.baku.diplo.de əldə edə bilərsiniz.
.