Almaniya rusiyalı müxalifətçi Aleksey Navalnının analizlərinin nəticələrini Rusiya Federasiyasına verməkdən imtina edib.

“Novaya Gazeta” xəbər verir ki, buna səbəb kimi məxfiliyin qorunması bildirilib.

Çünki analizlər barədə genişləndirilmiş məlumat Bundesverin müvafiq maddələr üzrə spesifik bacarıq və bilikləri barədə nəticələr əldə etməyə imkan verə bilər.

Xatırladaq ki, Almaniya hökuməti Navalnının “noviçok”dan zəhərləndiyini açıqlamışdı.

.