Rusiya tamamilə müharibə iqtisadiyyatına keçib, ona görə də Avropanın təhlüksizliyinə ən böyük təhlükə olaraq qalır.

Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “Tagesschau” nəşrinə açıqlamasında bildirib.

O, vəziyyəti yaxın gələcəkdə dəyişməyəcəyini vurğulayıb.
Pistorius Rusiyanın müharibə iqtisadiyyatına keçərək ordunu illik 1000-1500 ədəd tankla təmin etdiyini, bunun isə Avropanın ən böyük 5 ölkəsinin birlikdə istehsal etdiyi tank sayından 2 dəfə çox olduğunu qeyd edib.

.