“Son 14 ay ərzində bunu təəssüflə dəfələrlə deməli olmuşam. Bu müharibəni dayandırmaq yalnız Rusiya hökumətindən və Rusiya prezidentindən asılıdır. Danışıqlara və zərurət yaranacağı təqdirdə sülh danışıqlarına başlamaq da yalnız onun iradəsindən asılıdır. Lakin o, bunu etməkdən israrla imtina edir”.
Bunu Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
Mert bildirib ki, Rusiya prezidenti bu mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməkdən başqa alternativ yoxdur.
“Biz bunu edəcəyik, bunu Avropa tərəfdaşlarımızla əlaqələndirilmiş şəkildə həyata keçirəcəyik. Prezident Əliyevə də səmimi minnətdarlığımı bildirirəm ki, o, bu müharibənin mahiyyətini, səbəblərini, gedişini və onun mümkün sonunu mənim burada ifadə etdiyim kimi qiymətləndirir”, - Fridrix Merts vurğulayıb.
.
