Almaniya Futbol İttifaqı (DFB) Canni İnfantinonun FIFA-ya yenidən prezident seçilməsini dəstəkləməyəcək.

Bu barədə DFB prezidenti Bernd Noyendorf yerli mətbuata açıqlama verib.

Funksioner deyib ki, müxtəlif mövzularda ali futbol qurumundan yetərincə informasiya ala bilmirlər: "FIFA milli assosiasiyalarla münasibətlərində daha açıq və şəffaf olmalıdır. Qurum gələcəkdə müəyyən qərarların necə və nə üçün qəbul olunduğunu izah etməlidir".

Qeyd edək ki, FIFA prezidentliyinə seçkilər martın 16-da qurumun Ruandanın paytaxtı Kiqalidə keçiriləcək 73-cü Konqresində baş tutacaq. Canni İnfantino bu vəzifəyə yeganə namizəddir.

.